"Azərbaycanın milli gücü uğurların qazanılmasına kömək olub"
"Diplomatiya mümkün olmayanı mümkün edən termindir. Biz buna tariximizdə şahid olmuşuq. Dostu düşmən etmək ən çətin işdir. Həmin vaxt diplomatiyamız məhz dostumuzu düşmən etdi.".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib:
"Milli diplomatiyanın gücü də burada xüsusi rol oynayır. Məhz elə Azərbaycanın milli gücü uğurların qazanılmasına kömək olub. Siyasi elm milli gücü qiymətləndirən zaman kəmiyyət və keyfiyyət ünsürlərinə nəzər salınır. Kəmiyyət ünsürləri ölkənin coğrafiyası, əhali sayı, təbii sərvətləri, mənəvi komponentləri milli xarakter, psixologiya, mənəviyyatdır".
Türkan İSGƏNDƏRLİ