Qarabağ müharibəsindən sonra dövlət suverenliyi təmin olundu - Əli Əsədov

 12:44 16.12.2024     90

"2024-cü il Vətənimiz üçün yadda qalan oldu".

Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bunu Baş nazir Əli Əsədov deyib.

"Fevralda növbədənkənar Prezident seçkiləri, sentyabrda isə parlament seçkilər baş tutdu. Qarabağ müharibəsi və antiterror hadisələrindən sonra dövlət suverenliyi təmin olunub. Əsrin müqaviləsi Azərbaycanın strateji kursunu möhkəmlətdi. Azərbaycanın 2030-cu ilə qədər əsas prioritetlərindən biri sağlam, yaşıl mühitdir. Təsadüfi deyil ki, bu il Azərbaycan beynəlxalq, mötəbər tədbir COP29-a ev sahibliyi etdi. Bu, Azərbaycana olan hörmətin göstəricisidir ki, bu vəzifə bizə verildi", - deyə Baş nazir qeyd edib.

Türkan İSGƏNDƏRLİ