YAP-ın bələdiyyə üzvlüyünə bu qədər namizədinin siyahısı təsdiqləndi

 19:17 16.12.2024     96

Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyən edildiyini və onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.

Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.

Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.