"Parlamentlərimiz daha sıx əlaqələrin qurulması üçün işlər görür"
"Milli Məclis sədrinin başçılığı ilə Türkiyəyə rəsmi səfər olub. Səfər vaxtı qeyd etdim ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı indi də davam etdirilir".
Redaktor.az xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda deyib.
"Parlamentlərimiz daha sıx əlaqələrin qurulması üçün işlər görür. Səfər çərçivəsində nümayəndə heyəti ilə birlikdə Heydər Əliyev parkını ziyarət etdik", - o qeyd edib.