"Fransa səfiri özünü səfil kimi aparır" - Millət vəkili

 11:12 20.12.2024     256

"Cənap Prezidentin çıxışında Azərbaycan maraqları dünya ictimaiyyətinə çatdırıldı. Bu mesajlar hər kəs üçün "yol xəritəsi"dir".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında söyləyib.

"Bundan sonra məkrli qüvvələr yenə də öz əməllərindən əl çəkmir. Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar. Fransa səfiri özünü səfir kimi yox, Viktor Hüqonun təbiri ilə səfil kimi aparır. Azərbaycan indi təhlükəsizlik "ada"sıdır. Bu "ada"nı hamımız qorumalıyıq", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ