"Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır" - Millət vəkili

 11:15 20.12.2024     194

"İsveçrə parlamenti anti-Azərbaycan çağırışı, Avropa Parlamenti əsassız qarayaxmalarla dolu qətnamələrlə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir".

Redaktor.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib:

"Azərbaycanın uğurları, COP29 kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edir. Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır. Belə xristan dünyası dağılmalıdır.

Azərbaycan Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində bu təşkilata üzv qəbul edilib. D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarını təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq”.

Türkan İSGƏNDƏRLİ