"Azərbaycan əlamətdar hadisəyə imza atdı" - Mübariz Qurbanlı

 11:18 20.12.2024     231

"Dünən Azərbaycan D8-ə üzv olaraq əlamətdar hadisəyə imza atdı".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Mübariz Qurbanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib:

"D-8 təşkilatı böyük ərazini əhatə edir. Onun tərkibində ölkəmizin yaxın müttəfiqləri, Türkiyə və Pakistan da var. Azərbaycanın bu təşkilata üzv olması, həmin qurumu gücləndirəcək. Bura üzv olmaq Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi, bunun bir daha təsdiqidir".

Türkan İSGƏNDƏRLİ