"Azərbaycan müsəlman dünyasında liderə çevirilib" - Ceyhun Məmmədov
"D8 təşkilatı önəmli qurumdur. Burada müsəlman dünyasının ölkələri cəmləşib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib:
"Bu gün Azərbaycan uğurlu siyasətinə görə, müsəlman dünyasında liderə çevirilib. Azərbaycan bu gün müsəlman ölkələrinə qarşı keçirilən ikilistandartlar, müharibələr səs çıxaran azsaylı ölkələrdəndir. Belə ki, bir neçə gün öncə Prezident İlham Əliyevin baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Suriyalılara humanitar yardım göstərməyə hazır olmasını bildirməsi bu fikri bir daha təsdiq edir".
Türkan İSGƏNDƏRLİ