"Ermənistanın sürətlə silahlanması perspektvli yol deyil" - Millət vəkili

 11:36 20.12.2024     105

"Bir neçə gün bundan öncə Prezidentin Rusiya telekanalına verdiyi müsahibədə bir neçə məqama toxundu".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib:

"Bunlardan biri də sülh prosesidir. Qeyd edildi ki, sülh müqaviləsinin 15-i razılaşdırılıb. Sülh müqaviləsinin bağlanması əslində Ermənistanın acınacaqlı vəziyyətdən çıxmasına şansdır. Ermənistanın sürətlə silahlanması perspektvli yol deyil. O buna tab gətirməyəcək. Bunun sonu yenə Azərbaycandakı Hərbi Qənimətlər Parkındakı vəziyyət olacaq. Azərbaycan ikinci Qarabağ müharibəsində təkcə qalib yox həm də uğurlu siyasətlə çıxıb".

Türkan İSGƏNDƏRLİ