“Avropa Parlamentinin qərarları bizim müstəqil siyasətimizə təsir edə bilməz” - Aqil Abbas

 17:42 20.12.2024     120

"Bu qərarlar ölkəmizə qarşı ikiüzlü siyasətin tərkib hissəsidir, onlar heç bir real təsir gücünə malik deyil".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Aqil Abbas Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməni şərh edərkən dedi. Onun fikrincə, bu cür qətnamələr nə Azərbaycanın beynəlxalq mövqelərinə, nə də daxili siyasətinə təsir göstərə bilər:

"Avropa Parlamenti, Ermənistan və Fransa kimi ölkələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bizim öz balanslı siyasətimiz, öz yolumuz var. Ermənistan və Fransa kimi ölkələrin qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Mən onları boş bir şey sayıram. Belə sənədlər Azərbaycanı heç bir şəkildə təzyiq altına sala bilməz”.

Aqil Abbas qeyd etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən bir ölkədir və heç bir xarici təzyiq bu siyasətin əsaslarını dəyişdirə bilməz.

"Ölkəmiz öz milli maraqlarını qorumaq üçün kifayət qədər güclüdür", - deyə millət vəkili bildirdi.

Türkan İSGƏNDƏRLİ