Prezident almaniyalı həmkarına başsağlığı VERDİ
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Redaktor.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.