"İlham Əliyevin müdrik siyasəti Azərbaycanı dünyada barışdırıcı gücə, sülhün ünvanına çevirib" - Millət vəkili
Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün müsahibəsində verdiyi mühüm mesajlar müasir dünya siyasətində müşahidə edilən mürrəkkəb mühitlə bağlı cəsarətli baxışları əks etdirməklə, qlobal siyasi coğrafiyada baş verən hadisələrin detallı təhlili kimi səciyyələndirilə bilər.
Azərbaycanın Prezidenti ilk növbədə, regionun iri dövləti olan qonşu Rusiya ilə Azərbaycan xalqları arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə toxunaraq siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə yaxınlaşmanın əhəmiyyətinə toxunub.
Hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın bariz nümunəsi kimi 2022-ci ildə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Rusiya arasında ən yaxın dostluğun və səmimi münasibətlərin nümunəsi olmaqla, hər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörməti ifadə edir. Tərəflər sənədin imzalanmasından sonra bəyan olunmuş hədəflərə qarşılıqlı qaydada nümunəvi riayət etməklə, öz prinsipial iradələrinə sadiqliyini nümayiş etdirməkdədir.
Azərbaycan və Rusiyanın tərəfdaşlığı MDB məkanında əlaqələrin inkişaf etdirilməsində, eləcə də, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərin həllində də mühüm platforma rolunu oynamaqdadır. Son illərdə bölgədə bir çox trans-regional layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin, enerji əməkdaşlığının inkişafı bu formatda irəliləyən əməkdaşlıq ruhundan və möhkəmlənən siyasi arxitekturadan qaynaqlanır.
Bu baxımdan dövlət başçıçız regionun gələcək firavanlığının qayğısına qalan lider kimi öz konstruktiv niyyətini bəyan etdi. İlham Əliyev regional və qlobal müstəvidə arzuolunmaz istiqamətdə gedən proseslərə düzgün və ədalətli rakursdan yanaşaraq, Rusiya ilə Qərb arasında qarşıdurmada qalibin olmayacağını, belə davam edəcəyi təqdirdə dünyanın böyük fəlakətlərlə üzləşəcəyini qeyd etdi.
“NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.
Dünyada sivilizasiyalararası dialoqa, ölkələr arasında humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə töhfə verən Azərbaycan son illərdə beynəlxalq miqyaslı tədbirlərə, müxtəlif humanitar məsələhətləşmələrə ev sahibliyi etməklə dərin etimad körpüsü, ünvanına çevrilib.
Qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr Bakıda aparılıb, tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dünyanın siyasi elitasının görkəmli nümayəndələrini dəfələrlə Azərbaycanın paytaxtına cözüm yollarını arayaraq ümidverici sonluqla ayrılıblar.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi arasında görüşlər Bakıda keçirilib. Bütün bunlar təsadüfi deyil, Azərbaycan barışıdırıcı ünvandır, sülh üçün açılan qapılardır.
Dünyada baş verən bəzi gərginliklərin aradan qalxmasında, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi dövründə qarşıdurma meyllərinin neytrallaşdırılmasında, dinc və sabit həmrəylik mühitinin təmin olunmasında da Azərbaycanın təşəbbüskarlığı xüsusi fəal rol oynayıb. Bölgənin siyasi taleyində mühüm çəkisi olan dövlətlər arasında soyuq münasibətlərin aradan qalxmasında, etimadın bərpa olunmasında Azərbaycan Prezidentinin unikal siyasi zəkası, diplomatik məharəti əvəzsizdir.
Vaxtilə Türkiyə ilə Rusiya arasında kəskinləşən münasibətlərin nizama salınmasında vasitəçi ola biləcəyini açıqlayaraq bu yöndə praktiki addımları, yorulmaz səyləri ilə fərqlənib. Ankara-Moskva münasibətlərini əvvəlki fazasına qovuşdurmaqla yanaşı, daha da irəliyə getməsində, daha geniş regional şaxə almasında Azərbaycan faktorunu heç vaxt yaddan çıxarmaq olmaz.
Bu siyasi rakursdan baxsaq, Prezident İlham Əliyevin müdrik xarici siyasəti regionda sülh və geniş əməkdaşlığın növbəti dalğalarını gətirə, Rusiya ilə Ukrayna, ABŞ arasında da etimad ruhunu bərqərar edə bilər. Cənab İlham Əliyevin “Azərbaycan gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər” çağırışı çox ciddi mesaj kimi qəbul olunur.
İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Azərbaycanın barışdırıcı missiyası sayəsində son illərdə bölgədə Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əlaqələri ümumi regionun inkişafına müsbət dinamika gətirib. Türkiyə və Rusiyanın Cənubi Qafqaz siyasətinə baxışları sabitləşdirici, tənzimləyici rol oynamaqla münaqişlərin həlli və sülh quruculuğuna da töhfə verib.
Bütün bu gerçəklikləri nəzərə aldıqda, rəsmi Bakının Qərb-Rusiya əlaqələrində vasitəçi, barışdırıcı və sülhyaradıcı olacağı, cənab Prezidentin öz şərəfli missiyasını növbəti dəfə də layiqli yerinə yetirəcəyinə ümidlər böyükdür.
Bir sözlə, böyük bir coğrafiyada uzun zamandır ki, davam edən müharibələrin dayandırılması üçün Prezident İlham Əliyevin liderliyi altında Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan qlobal gücləri bir araya gətirən məkan rolunu oynamağa hazırdır.
Ramid Namazov,
Milli Məclisin deputatı