Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

 15:52 23.12.2024     90

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Biz bütün sektorlarda Pakistan-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirməyə sadiqik", - diplomat əlavə edib.