"Ermənistan gözlənilməz addım atdı" - Deputat
"Vaxtaşırı iclaslarda ayrı- ayrı dövlətlərlə viza rejiminin ləğvini müzakirə edirik. Bu gün də Maldiv Respublikası ilə viza rejiminin ləğvi ilə bağlı danışırıq".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Aydın Mirzəzadə deyib:
"Srağagün baş verən təyyarə qəzası bizi və dostlarımızı sarsıtdı. Qazaxıstanın ölkəmizin ağır dərdinə necə həssas yanaşdığının şahidi olduq. Bir çox dövlət başsağlığı verdi. Bunlardan biri də sülh müqaviləsi razılaşdırılmayan Ermənistandır. Demək, o Azərbaycanla münasibətlərin vacibliyini dərk edir. Bundan sonrakı mərhələ isə onların fəaliyyətindən asılıdır".
Türkan İSGƏNDƏRLİ