Azərbaycan təyyarə qəzasının səbəbinin hərtərəfli və obyektiv araşdırılmasını tələb edir - Dövlət Komissiyası

 20:13 27.12.2024     123

Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclasında qeyd olunub.

Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir.