Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır - Ekspert

 22:00 27.12.2024     115

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzasının səbəblərini ətraflı şəkildə bilmək və faktiki olaraq tam şəkildə üzə çıxarmaq üçün gözləmək lazımdır.

Redaktor.az xəbər verir ki, bunu İstanbul Esenyurt Universitetinin müəllimi, Nəqliyyat xidmətləri şöbəsinin müdiri Seda Korkmaz deyib.

O bildirib ki, qəza baş verməzdən əvvəl təyyarənin salonunda müvafiq addımlar atılıb: "Kapitan fövqəladə vəziyyətlə bağlı məlumat verib. Fövqəladə vəziyyət elan edildikdə, bütün sərnişinlər oturacaqlarda əyləşməli, təhlükəsizlik kəmərlərini bağlamalı və kimsə ayaq üstə durmamalıdır. Yayılan videolardan görürük ki, bələdçilər "zəhmət olmasa, qalxmayın, kəmərlərinizi bağlayın” deyirlər. Təhlükəsizlik kəmərlərinin bağlanması sərnişinlərin həyatını xilas edəcək bir addımdır. Əslində, bu, çox kiçik, lakin düzgün bir hərəkətdir. Bu səbəbdən bütün sərnişinlərə demək istəyirəm ki, deyilənlərə uyğun hərəkət edin".

Ekspertin sözlərinə görə, sərnişinlərin ayağa qalxmaması mühüm addım idi: "Qəza olmasa belə, sərnişinlər ayağa qalxsa, normal gedişdə birdən-birə turbulentlik yarana bilər. Turbulentlik zamanı sərnişinlər başlarını təyyarənin yuxarı hissəsinə və ya yerüstü şkafların yerləşdiyi hissəyə vura bilərlər. Bu, həqiqətən, sərnişinin həyatına təhlükə yarada biləcək haldır".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.