"Təkcə üzr istəməklə iş bitməyəcək, burada cinayət törədilib" - Politoloq

 17:03 28.12.2024     167

"Rusiya araşdırmanın nəticəsini gözləmədən Azərbaycandan üzr istəməli və kompensasiya ödənilməsi barədə qərar verməlidir".

Bunu politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, təkcə üzr istəməklə iş bitməyəcək, burada əslində, cinayət törədilib:

"Təyyarəmizin Qroznı yaxınlığındakı heç bir hava limanına enməsinə icazə verilməyib. Yəqin düşünüblər ki, təyyarə qəzaya uğraya bilər və yaxud Xəzərdə batarsa, cinayətin izlərini itirmək olacaq. Bu məsələyə də, əslində, Rusiya aydınlıq gətirməlidir, amma heç olmasa üzr və kompensasiya məsələsini birinci mərhələdə həll etməlidir. Görünür ki, bu istiqamətdə heç bir addım atılmır. Əgər üzr istəmək və kompensasiya verilməsi məsələsini ləngidərsə, bu, Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcək".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir az öncə Azərbaycan Prezidentinə zəng edərək təyyarənin qəzaya uğramasına görə üzrxahlığını bildirib.

Sevinc İBRAHİMZADƏ