Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya GÖNDƏRİLDİ

 23:07 28.12.2024     159

“AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosuna Mangistau vilayətinin administrasiyasının mətbuat katibi Gülmira Abışeva məlumat verib.

Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə gün ərzində gərgin iş aparılıb.

“Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.