Rusiya 2025-ci ildə İrəvan və Bakı arasında sülhə çalışacaq - Səfir
Rusiya 2025-ci ildə İrəvan və Bakı arasında çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərinin bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək eedir. Bu prosesin irəliləməsinə mühüm töhfə oktyabrın sonunda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Ermənistan-Azərbaycan yüksək səviyyəli danışıqları oldu. Biz yeni ildə İrəvan və Bakı arasında möhkəm və ədalətli razılaşma əsasında çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırıq”.
Səfir deyib ki, liderlərin Kazandakı danışıqları Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşmaların həyata keçirilməsinə imkan verəcək.