Əli Əsədov monteneqrolu həmkarına başsağlığı VERDİ

 19:36 02.01.2025     267

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.

Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.