"Əsas məsələ Rusiyanın üzr istəməsi idi" - Aydın Mirzəzadə

 17:51 06.01.2025     150

Məlum olduğu kimi, Azərbaycana məxsus mülki təyyarənin Qroznıda Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində qəzaya uğraması, xeyli insanın ölümünə və ayaralanmasına səbəb olub. Bununla bağlı çıxış edən Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib. 

Bəs bundan sonra Rusiya səhvini necə düzəldəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, ilkin proses olaraq əsas məsələ Rusiyanın üzr istəməsi idi:

"Ən əsası Rusiyanın bu məsələyə görə Azərbaycandan üzr istəməsi, günahını boynuna alması və məsələnin ədalətli araşdırılması üçün şərait yaratması idi və bütün bunlar hamısı oldu. Rusiya Prezidentinin Azərbaycan Prezidentinə iki gün ərzində dalbadal zəng etməsi, Azərbaycan müstəntiqlərinin həm Qazaxıstanda, həm də Qroznıda Rusiya müstəntiqləri ilə birlikdə işləməsi prosesin getdiyini göstərir. Digər məsələlər isə iş prosesində araşdırılaraq həll ediləcək".

Türkan İSGƏNDƏRLİ