Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə ÇAĞIRILDI

Rusiya səfirliyinin nümayəndəsi Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatları olub.
Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırıb. Rəsmi Kiyev Rusiyanın Qazprom şirkəti ilə 2024-ci ilin dekabrında başa çatan müqaviləni uzatmayıb. Ukrayna ərazisindən qaz tranziti dayandırılandan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanmaqdadır.