Paşinyan Əliyevin daha bir tələbini qəbul edib - Erməni deputat
“Nikol Paşinyan İlham Əliyevin daha bir tələbini qəbul edib”.
Redaktor.az-ın məlumatına görə, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim edib və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını bildirib.
“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.
Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, “biz sona qədər sülh prosesini dəstəkləyəcəyik”.
Bu o deməkdir ki, müharibənin olmaması üçün Azərbaycanın bütün tələblərini qəbul etməliyik. Beləliklə, Paşinyan bu gün Əliyevin növbəti tələblərini qəbul etdi. Onun səsləndiriyi fikirlər də bu tələblərin qəbul edilməsinə zəmin hazırlamaq məqsədi daşıyır”, - erməni deputat iddia edib.