"Rusiya lideri İlham Əliyevdən üzr istəyib" - Peskovdan AÇIQLAMA

 14:27 09.01.2025     259

Rusiya "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı tamamilə obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır və istintaq orqanları müvafiq işlər aparır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İstintaq orqanlarına lazımi göstərişlər verilib. Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.

Peskov xatırladıb ki, hadisədən sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə telefonla danışıb, Rusiya lideri də üzr istəyib və təəssüf sözlərini bildirib.

"Bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım və əməkdaşlıq göstərilir", - Kreml nümayəndəsi qeyd edib.

Turan İSMAYIL