"Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasını istəyirik” - Hakan Fidan

 13:23 10.01.2025     109

"Azərbaycan və Ermənistanın davamlı sülh sazişi imzalamasını istəyirik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik", - XİN rəhbəri vurğulayıb.

Fidan bildirib ki, Türkiyənin boş xarici siyasət yürütmək şansı yoxdur:

“Türk Dövlətləri Təşkilatı ilə əlaqələrimizi gücləndirəcəyik”.