Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya EDİLDİ

 13:50 10.01.2025     99

Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.

Redaktor.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib:

"Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".

A.Hacızadə deyib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.