Vuçiç İlham Əliyevə təşəkkür etdi - FOTO

Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycanlı qardaşlarımız və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyimiz Prezidentə sonsuz təşəkkürlər”, - Vuçiç qeyd edib.