Azərbaycan XİN Uruqvayı təbrik ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Uruqvay xalqını və hökumətini təbrik edib.
Redaktor.az xəbər verir ki, bununla əlaqədar XİN-in rəsmi tviter səhifəsində paylaşım olunub.
Qeyd edək ki, bu il tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur.