Belarus Azərbaycana yeni səfir təyin ETDİ

Belarus Azərbaycana yeni səfir təyin edib.
Redaktor.az-ın BELTA-ya istinadən xəbərinə görə, bu barədə sərəncamı prezident Aleksandr Lukaşenko imzalayıb.
Bu vəzifə Dmitri Pineviçə həvalə edilib.
Qeyd edək ki, o 2024-cü il, yanvarın 25-dək Belarusun səhiyyə naziri vəzifəsində çalışıb.