Prezidentin BƏƏ-yə işgüzar səfəri başa çatdı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb.
Redaktor.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.