ABŞ-nin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa ÇATDI

 19:41 17.01.2025     106

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin səlahiyyət müddəti başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilub.

Bununla əlaqədər tədbir keçirilib.
“ABŞ səfirliyində səfir Libbi ilə vidalaşdığımız unudulmaz axşam! Onun ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanda yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması, həqiqətən, ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq. Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik!", - paylaşımda bildirilib.