Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü OLDU

 13:22 18.01.2025     67

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Məlumata görə, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.

Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.