Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ETDİ

 16:35 19.01.2025     74

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı diplomatik nümayəndəliklər üçün 20 Yanvar Ümumxalq Hüzn Günü anım tədbiri təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında qeyd edilib ki, səfir Cahit Bağçı və digər ölkələrin diplomatları bu gün 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Faciənin 35-ci ildönümündə şəhid azərbaycanlı qardaşlarımızı bir daha anırıq”, – deyə Türkiyə səfirliyinin paylaşımında bildirilib.