İran-Azərbaycan memorandumu İMZALANACAQ
Yanvarın 22-23-də Tehranda İran-Azərbaycan İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək.
Redaktor.az xəbər verir ki, müzakirələrin gündəliyinə iqtisadi əməkdaşlıqla bağlı məsələlər daxil ediləcək.
Komissiyaya İran tərəfdən nəqliyyat və şəhərsalma naziri Fərzaneh Sadiq, Azərbaycan tərəfdən isə baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək. Əsas müzakirələr yanvarın 22-də baş tutacaq. Yanvarın 23-də yekun əməkdaşlıq memorandumu imzalanacaq.