Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir - Ekspert

 21:47 25.01.2025     166

Dünyada baş verən qlobal proseslərin Cənubi Qafqaza təsiri ilk növbədə Gürcüstanda hiss olunur.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri “Birləşmiş Neytral Gürcüstan” təşkilatının üzvü, politoloq Bidzina Giorgobiani “Daily Chronicle” proqramında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Gürcüstan üçün strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanla 33 illik mehriban münasibətlərin saxlanılması xüsusi əhəmiyyət daşıyır.

“Bizim üçün ən vacib məsələ qonşularımız – Türkiyə və Azərbaycanla, daha sonra isə Ermənistanla yaxşı münasibətləri qoruyub saxlamaqdır. Yeni dünya nizamı formalaşdıqdan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Gürcüstan üçün qonşularla yaxşı münasibətlərin qurulması birinci prioritet olmalıdır. Daha sonra isə qlobal layihələr barədə düşünməliyik,” – B.Giorgobiani qeyd edib.