Azərbaycan və Özbəkistanın İsraildəki səfirləri ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər

 22:40 27.01.2025     213

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və özbəkistanlı həmkarı Cahongir Aminov Bakı və Daşkənd arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistanın Təl-Əvivdəki diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

“Özbəkistanın İsraildəki səfiri Zati-aliləri cənab C. Aminov Azərbaycanın səfiri Zati-aliləri cənab M.Məmmədovla səmimi və məhsuldar görüş keçirib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, müzakirə ikitərəfli münasibətlərin inkişafına və iki səfirlik arasında birgə tədbirlərin keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə həsr olunub.