"Laçın, Şuşa əldən gedib, bunun müdafiə naziri kimi xəbəri olmayıb" - Səfər Alışarlı
“Rəhim Qazıyev deyir, mən Özbəkistandan gəldim getdim Seyfəliyə, sonra gəldim Bakıya, gördüm Əbülfəz bəy Milli Məclisin qabağında mikrofonla danışır. Hətta orada bir əsgərə bir şillə də vurdum”.
Redaktor.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı özünün feysbuk hesabında yazıb. O, Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin fəaliyyətini sərt tənqid edib.
“Demək, istefa vermiş Mütəllibov rus KQB-sinin əli ilə təzədən prezidentliyə qaytarılıb, Laçın, Şuşa əldən gedib, bunun müdafiə naziri kimi xəbəri olmayıb. Bu, Özbəkistana gedibmiş, guya silah almağa, ancaq əliboş qayıdıb gəlib. Müdafiə naziri... Düşmən hücuma keçib Laçını işğal edir, bu da gedir Özbəkistandan silah almağa. Rusla alver etməyə bu ölkədə başqa bir adam yoxmuş. Müstəqil Azərbaycan iki vəzifədən yarımadı: müdafiə naziri və icra başçısı”, - deyə o yazıb.
Vasif ƏLİHÜSEYN