İrəvan Bakı ilə müqavilə bağlamaq niyyətindədir - Ermənistan XİN
Ermənistan Azərbaycanla sülh sazişi bağlamaq, regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasına sadiqdir.
Redaktor.az xəbər verir ki, bunu İrəvanda xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa çalışırıq. Biz sülh gündəliyinə sadiqik, bu, həm sülh müqaviləsinə, həm də nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına və demarkasiyasına aiddir”.
Türkan İSGƏNDƏRLİ