MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq DSK-lara göndərildi

 20:12 30.01.2025     137

Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.

Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

İclas çərçivəsində müraciətlərin mümkün qədər tez araşdırılması və əsaslandırılması ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.