Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

 20:38 01.02.2025     314

Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən