ƏHD Partiyasının baş katibi vəfat ETDİ

 13:35 02.02.2025     126

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

Redaktor.az-ın məlumatına görə, ƏHD Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı APA-ya deyib ki, Yaşar Kələntərli dünən axşam saatlarında öz evində vəfat edib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Yaşar Kələntərli bu gün Fatmayi məzarlığında dəfn edilib.

Qeyd edək ki, Yaşar Kələntərli milli azadlıq hərəkatının iştirakçısı olub. O, daha sonra fəaliyyətini AXCP-də davam etdirib.
Yaşar Kələntərli daha sonra BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini, partiyada ad dəyişikliyindən sonra isə ƏHD Partiyasının baş katibi kimi fəaliyyət göstərib.