"Sülh müqaviləsinin uzanması qəliz məsələ olaraq qalacaq" - Elman Nəsirov
"2024-cü il Ermənistan-Azərbayca arasında sülh müqaviləsinin imzalana bilməsi ilə seçilirdi. Amma biz nəyin şahidi olduq? Nəinki Ermənistan sülhə razıdır, əksinə ziddiyətli addımlar atmağa davam edir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Nəsirov deyib:
"Avropa İttifaqı missiyası iki il müddətinə uzadıldı. Burdan da o çıxır ki, sülh müqaviləsinin uzanması 2027-ci il fevralına qədər qəliz məsələ olaraq qalacaq".
Türkan İSGƏNDƏRLİ