İrandakı səfirliyimizə yeni müşavir təyin OLUNDU

 12:37 03.02.2025     86

Uzun illərdir diplomatiya sahəsində çalışan Mətin Mirzə yeni vəzifəyə təyin olunub.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, o, bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.

Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib. O bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, Mətin Mirzə mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğludur. O, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olub, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb.