Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair AÇIQLAMA

 14:51 07.02.2025     161

“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.

Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.