Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsi martın 1-də açılacaq - KİV
![](https://img.redaktor.az/news/2025/02/photo_269957.webp)
Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.
Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub.