Tramp USAİD-i bağladı, bəs "Soros Fondu"?
![](https://img.redaktor.az/news/2025/02/photo_270426.webp?v=MTA6MjkyMDI1LTAyLTE0IDE0OjU1OjA0)
"ABŞ Prezidenti Donald Tramp USAİD-i məhv etmək üzrədir. Səbəb - USAİD ABŞ-nin pullarını dünyada ziyanlı işlərə qoyub. Bəs "Soros Fondu" eyni işləri görməyib? Tramp "Soros Fondu"nun "çənəsini niyə çəkmir?""
Redaktor.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev özünün feysbuk hesabında yazıb.
Politoloqun sözlərinə görə, Tramp həqiqətən birmənalı, bir standartlı siyasət aparırsa, ABŞ yəhudi lobbisinin təsirindən uzaq obyektiv mövqe tuta bilirsə, bunu da etməlidir.
"Gözləyirik... Axı "Soros Fondu" da dünyada, elə Azərbaycanda da bir çox "əlləm-qəlləm işlərə qol qoymağa" çalışıb", - deyə A.Quliyev qeyd edib.
Turan İSMAYIL