Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə GÖRÜŞDÜ

 20:58 14.02.2025     231

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Gideon Saar ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri, təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə mövcud problemləri müzakirə ediblər.