"Paşinyan konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir" - Politoloq

 16:52 20.02.2025     160

"Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu vacibliyi barədə dünənki açıqlamasına cavab verməyə taqəti qalmayıb. Müxalifət “Konstitusiyaya dəymə” tələbini irəli sürə bilmir, çünki bilir ki, onu eşidən olmayacaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmalıdır:

"Bu səbəbdən Paşinyan müxalifətə boylanmadan konstitusiyanı dəyişib Azərbaycanla sülhü yaxınlaşdıra bilər. Ancaq Paşinyan konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir. Ermənistanın ədliyyə naziri Srbui Qalyan  yeni Konstutisyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib. Nazir yeni mətn üzərində işlərə başlanıldığının anonsunu verib. Ancaq ədliyyə nazirinin sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendum parlament seçkilərindən sonra keçirilməlidir. Paşinyan nə qədər ki, müxalifətdən güclüdür, referendumu keçirib, özünün də söylədiyi kimi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır".

Vasif