Prezidentin adından Pakistan Baş nazirinin şərəfinə dövlət ziyafəti verildi

 19:41 24.02.2025     86

Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.

Redaktor.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.