Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək - Şahbaz Şərif

 22:49 24.02.2025     73

Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin.

Redaktor.az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan biznes forumunda söyləyib.

Baş nazir, həmçinin bildirib: “Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər”.